Tiktokda Azərbaycan kəndlərinin adından səhifələr açaraq əxlaqa zidd paylaşımlar və “seksual xidmət” təklif edirlər.
Bu barədə BUTA.TV-a sakinlərdən daxil olan şikayətdə bildirilib.
Qeyd edilib ki, Şamaxının məşhur kəndlərindən birinin adına səhifə yaradılıb və orada kənd haqda əxlaqsız ifadələr işlədilir, kəndin qəbiristanlığından dinə və əxlaqa zidd paylaşımlarla təhqirlər yağdırılır, həmçinin kəndin adı ilə seksual xidmət təklif edilir.
Kənd sakinləri ümumi şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinə bu şəxs və ya şəxslərin cəzalandırılması üçün müraciət də ediblər.
Məsələ ilə bağlı DİN-ə sorğu göndərilib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?