ABŞ-ın Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"FİFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər - ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FİFA-dan almısınızsa, indi FİFA PASS proqramına qoşula bilərsiniz", - səfirliyin məlumatında bildirilib.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?