Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.
BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Verdiyev Amid Asif oğlu Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?