Şair Rüstəm Behrudi bəzi tanınmış şairlərin məmur və nazirlər qarşısında alçaldığını bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “Sən olsaydın” verilişində danışıb.
Şair qeyd edib ki, əvvəllər də bu məsələdə ittihamlar edib:
“Mən əvvəllər bəzi böyük şairləri ittiham edirdim. Deyirdim ki, bunlar niyə məmurun, nazirin qabağında belə alçalırlar? Sonradan anladım ki, çox vaxt bunu övladlarına görə edirlər”.
Şair vurğulayıb ki, insanın ən zəif nöqtəsi övladıdır, lakin özü heç vaxt bu yola əl atmayıb:
“İnsanın ən zəif yeri övladıdır, amma mən belə addım atmamışam. Heç ağlıma da gətirə bilmirəm ki, hansısa məmurun yanına gedim, ondan nəsə xahiş edim, sonra da gecə oturub şeir yazım. Tanrıya and olsun ki, bu mümkün deyil. Məmurları qapı-qapı gəzəndən ədəbiyyat adamı olmaz. Azərbaycanda elə bir dövlət məmuru yoxdur ki, desin, mən Rüstəm Behrudi üçün nəsə etmişəm”.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?