Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.
BUTA.TV xəbər verir ki, sözügedən lisey ölkədə ən prestijli özəl təhsil müəssisələrindən biridir.
Bu təhsil ocağında illik təhsil haqqı ibtidai pillədə ödəniş 10 000-12 500 manat, orta siniflər üzrə isə 10 500-16 500 manat təşkil edir.
Liseydə qiymətlər tədris dilinə, dərs vəsaitlərinə, qidalanma (səhər və günorta yeməyi), məşğələlər, müəllimin yerli və ya xarici olmasına, eləcə də təhsil pilləsinə görə fərqlənir.
Xatırladaq ki, "İdrak" liseyinin baş direktoru Mövsüm Alışovdur.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?