Xəbər verdiyimiz kimi, bu gün Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Atəş nəticəsində 29 yaşlı qadın müəllimə xəsarət alıb.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, “İdrak” Liseyində təhsil alan şagirdlər arasında bir sıra tanınmış məşhurların övladları və yaxınları da var. Belə ki, hazırda liseydə aparıcı Zaur Baxşəliyevin qızı və əməkdar artist, müğənni Aqşin Abdullayevin övladı təhsil alır.
Bundan əlavə, AMEA-nın prezidenti İsa Həbibbəylinin nəvəsi, xalq şairi Zəlimxan Yaqubun nəvələri, müğənni Elton Hüseynəliyevin qızları da müxtəlif illərdə bu liseyin məzunları sırasında yer alıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?