İyirmidən çox müxtəlif dövlət qurum rəhbərlərindən hədə-qorxu ilə pul tələb edən "Dəryaz "qəzetinin təsisçisi olduğu deryaz.az saytının baş redaktoru Habil Tağıyevin cinayət işi məhkəmə prosesi başa çatıb.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Habil Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Habil Tağıyev 2024-cü ilin sentyabrında vətəndaşların şikayəti əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?