Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sabirabad rayonunda qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər veriləcək.
Proqram çərçivəsində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Sabirabadda 10 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan mənzillərin satın alınmasına isə 694,4 min manat vəsait xərcləyək.
Artıq qurum bununla bağlı Şahin Sərdar oğlu Quliyevlə müqavilə bağlayıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?