Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.
Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.
Meyit müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?