Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında idarəetmə strukturu yenilənib.
BUTA.TV xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə Aidə Qafarova, strategiya və kommunikasiya şöbəsinin menecer-şöbə müdiri vəzifəsinə Lalə Məmmədova, artist heyətinin idarə edilməsi bölməsinin müdiri vəzifəsinə Elnur Məmmədov, geyim və səhnə tərtibatı şöbəsinin müdiri vəzifəsinə Fuad Qədirov, səhnə quraşdırma, səs və işıq bölməsinin müdiri vəzifəsinə isə Faiq Həsənov təyin olunublar.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətindəki müvafiq qərarlar əsasında dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən təsdiqlənib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?