Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının sabiq direktoru Fariz Babayevə yeni vəzifə verilib.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, Fariz Hənifə oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən Mərdəkan Reabilitasiya Pansionatının direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Fariz Babayev ötən ilin oktyabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. O, Səhiyyə Nazirliyinin baş nefroloqu, Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri doktorudur.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?