Azərbaycan Dəmir Yolları QSC (ADY) kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri aparsa və infrastrukturda yenilənmələr həyata keçirsə də, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas amillərdən biri olaraq qalır.
Bu barədə BUTA.TV-a qurumdan məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində diqqətsizlik, tələskənlik və qaydalara laqeyd yanaşma nəticəsində ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama edib. 18 halda toqquşma qaçılmaz olub. Bundan başqa, nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.
Bu hadisələr tələfat və xəsarətlərlə yanaşı, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə səbəb olur.
ADY vətəndaşları dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, yalnız rəsmi keçidlərdən istifadə etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?