Sumqayıt Şəhər İcra Hakimiyyəti "Göyərçin" abidəsinin yanında ağacların kəsilməsinə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, İcra Hakimiyyətindən şəhər ərazisində yerləşən Nəsimi adına parkda aparılan yaşıllaşdırma və abadlıq tədbirləri çərçivəsində Yaşıllaşdırma İdarəsi tərəfindən quru və güclü külək nəticəsində qəzalı vəziyyətə düşüb, təhlükə yaradan ağacların kəsilməsinin həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə aparılan baxış və verilmiş müvafiq rəyi əsasında icra olunub:
"Görülən tədbirlər park ərazisində ekoloji tarazlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və yaşıllıq sahələrinin sağlamlaşdırılması məqsədi daşıyır. Eyni zamanda kəsilən ağacların əvəzinin bərpası məqsədilə həmin ərazidə 300-ə yaxın yeni ağac əkilib".
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?