1993-cu ildə Kəlbəcər rayonunda itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.
BUTA.TV Teleqraf.az-a istinadən xəbər verir ki, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.
Bahadur Kamalovun oğlu Oqtay Kamalov açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.
Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?