Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda, eləcə də regionlardakı küçə və prospektlərdə sərnişinlərin ictimai nəqliyyatı rahat gözləmələrini təmin etmək məqsədilə yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üzrə tender elan edib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, agentlik nəzərdə tutulan işlərin icrası müqabilində ümumilikdə 3 milyon 654 min 73 manat vəsaitin ödənilməsini planlaşdırır.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində aşağıdakı bölgü üzrə işlərin görülməsi nəzərdə tutulur:
- Bakı şəhəri və Xızı-Abşeron iqtisadi rayonu ərazisində 142
- Gəncə-Daşkəsən və Qazax zonası üzrə 10
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 8
- Quba-Xaçmaz və Dağlıq Şirvan bölgəsində 22
- Şəki-Zaqatala regionu ərazisində 10
- Lənkəran-Astara zonası üzrə 11
- Naxçıvan Muxtar Respublikası ərazisində 80
- Şirvan-Salyan və Mil-Muğan ərazilərində 6
- Mərkəzi Aran rayonları ərazisində isə 11 yeni dayanacağın yaradılması planlaşdırılır.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?