Fevralın 13-də Audiovizual Şuranın onlayn iclası keçirilib və iclasda ARB telekanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, fevralın 8-də saat 13:38-də yayımlanan reklam materialında endirim və ödəniş şərtlərinin aydın və düzgün şəkildə təqdim olunmadığı müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində “Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulduğu təsdiqlənib.
Qeyd olunub ki, sözügedən reklamda əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş və həqiqətə uyğun olmayan formada təqdim edildiyindən, bu reklam qeyri-dəqiq hesab olunur. Qanunun 7.2-ci maddəsinə əsasən isə qeyri-dəqiq reklama yol verilməsi qadağandır.
Audiovizual Şura cari ilin əvvəlindən etibarən ARB telekanalında oxşar pozuntuların bir neçə dəfə baş verməsini və kanala bununla bağlı dəfələrlə xəbərdarlıq göndərildiyini nəzərə alaraq sərt sanksiya tədbiri tətbiq edib. Qərara əsasən, ARB telekanalının yayımı fevralın 24-də saat 08:00-dan etibarən 24 saat müddətinə müvəqqəti dayandırılacaq.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?