ABŞ ordusu İrana qarşı həftələrlə davam edə biləcək əməliyyata hazırlaşır. Bunun üçün Prezident Donald Trampın hücum əmri gözlənilir.
BUTA.TV xəbər verir ki, bunu adı açıqlanmayan iki ABŞ rəsmisi “Röyters” agentliyinə bildirib.
Rəsmilərin sözlərinə görə, bu, əməliyyat ölkələr arasında daha ciddi bir münaqişəyə çevrilə bilər.
Agentlik qeyd edib ki, rəsmilərin açıqlaması ABŞ və İran arasında hazırda davam edən diplomatik proses üçün risklərin artdığını göstərir.
Rəsmilər deyirlər ki, bu dəfə planlaşdırma daha mürəkkəbdir. Bir rəsmi bildirib ki, davamlı bir əməliyyat zamanı ABŞ ordusu təkcə nüvə infrastrukturuna deyil, İran hökumətinə və təhlükəsizlik obyektlərinə də zərbə endirə bilər.
Rəsmi şəxslər konkret məlumat verməkdən imtina ediblər.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?