Bakı-Sumqayıt yolunda avtoqəza baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Bildirilib ki, qəza fevralın 15-də saat 16:20-də Bakı-Quba yolunun 8-ci kilometrində, Sumqayıt istiqamətində qeydə alınıb.
"10 TH 236 dövlət nömrə nişanlı sərnişin avtobusu 10 KK 201 dövlət nömrə nişanlı "Mersedes-Benz Gelandevagen" və 77 DQ 014 dövlət nömrə nişanlı "Lynk & Co" avtomobilləri ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?