"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namiq Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov əmr imzalayıb.
Baş direktorun digər əmri ilə idarə rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Həsənova tapşırılıb. O, bundan əvvəl "Azəriqaz" İstehsalat Birliyinin Binəqədi rayonu üzrə satış müdirinin müavini olub.
Xəbərlə bağlı "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə bir gün əvvəl sorğu ünvanlasaq da, hələlik rəsmi cavab verilməyib.
Əldə etdiyimiz digər məlumata görə, hüquq-mühafizə orqanları Namiq Məmmədov və İdarənin digər bir neçə vəzifəli şəxsləri ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Namiq Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsini icra edib. O, ötən ilin iyun ayında Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi təyin olunmuşdu.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək