Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Salyan rayonunda 12 ədəd üçotaqlı mənzilin satın alınması üçün tender elan olunub.
BUTA.TV-ın Oxu.az-a istinadən məlumatına görə, mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.
Belə ki, 12 mənzilin tikilməsi üçün ehtimal olunan qiymət 1 milyon 188 min manatdır.
Xatırladaq ki, daha əvvəl sözügedən rayonda üç otaqdan ibarət altı, iki otaqdan ibarət doqquz mənzilin satın alınması, həmçinin Neftçalada hər biri üç otaqdan ibarət 20 mənzilin alınması üçün tender elan edilmişdi.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək