Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.
BUTA.TV xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.
Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.
Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.
Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək