“Memar Əcəmi”dəki təmir işləri başa çatdı

14:26 - 18 Fevral 2026 - CƏMİYYƏT

 “Memar Əcəmi”dəki təmir işləri başa çatdı

Bakı Metropoliteni tərəfindən “yaşıl xətt”in “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işləri başa çatdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, müvəqqəti olaraq bağlanan 4-cü çıxış artıq sərnişinlərin istifadəsinə verilib.

Qeyd edilib ki, görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib və sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol