Ucarda yanğın zamanı qaz xətti zədələnib.
BUTA.TV xəbər verir ki, Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən “Ucar” QPS-dən qidalanan PE 315 millimetrlik yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.
Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb.
Qaz təchizatının dayandırılması nəticəsində 3049 abonentin qaz təminatında fasilə yaranıb.
Xəttin bərpası məqsədilə əraziyə işçi qüvvə və xüsusi texnika cəlb edilib, hazırda təmir-bərpa işləri aparılır.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək