Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
BUTA.TV Oxu.az-a istiandən xəbər verir ki, zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9 000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib.
Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi