Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb.
E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən biri - əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...
- Sabah bu rayonun səkkiz kəndində işıq olmayacaq
- Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi, yeni mərkəz yaradıldı - FƏRMAN
- Prezident mühafizəçiləri onları niyə və necə döydü? - VİDEO
- Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...
- Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı
- Bakı-Sumqayıt koridorunda görüləcək işlər - Video
- BƏƏ onu Azərbaycana ekstradisiya etdi