Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq silsilə maarifləndirmə tədbirləri təşkil olunub.
BUTA.TV xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və Aran Regional Mərkəzi tərəfindən Yevlax Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Tədbirlər zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.
Mövzular ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır