Əjdər Cəfərova yüksək vəzifə verildi

12:34 - 21 Fevral 2026 - GÜNDƏM

 Əjdər Cəfərova yüksək vəzifə verildi

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

BUTA.TV Trend-ə istinadla xəbər verir ki, Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

2012-ci ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2015-ci ildə Prezidentin Fəxri diplomu ilə təltif edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol