Aprelin 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan "Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu" PHŞ, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus nəqliyyat vasitələrinin satışı həyata keçiriləcək.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısına linkdən baxmaq olar.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq