Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir.
Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin isə 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin isə 36 əməkdaşı vəzifələrindən azad ediliblər.
- Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı...
- Anar Əliyev Laçında vətəndaşları qəbul etdi
- "Gəncə Təndiri" fəaliyyətini dayandırdı - Foto
- Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?
- Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12% gəlir gətirsin!
- Bu dövlət şirkəti ləğv olunur
- Azərbaycanda vəzifəli şəxsə hökm oxundu
- Zamin Zəkiyə hökm oxundu