Bilirəm ki, əksəriyyətiniz mənim inzibati qaydada həbs olunma xəbərimi təəssüflə qarşıladınız və buna görə narahat oldunuz. Artıq azadlıqdayam. Mənə görə narahat qalan insanlara ürəkdən təşəkkür edirəm. Saxlanma şəraitimdən razıyam, səhhətim də qaydasındadır.
BUTA.TV xəbər verir ki, bu sözləri bu gün azadlığa çıxan hüquqşünas, sabiq müstəntiq, yazıçı Müşfiq Abbasov öz səhifəsində qeyd edib.
“Əvvəla, bildirirəm ki, mən özümü hansısa inzibati hüquq pozuntusunda təqsirli bilməmişəm və heç bir statusumda qanunu pozmamışam.
İkincisi, əgər kimsə mənim hansısa statusumu dövlət maraqlarına zidd hesab edibsə, mənə deyilərdisə, həmin statusu silərdim. Çünki mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi.
15 günlük həbs müddətinə gəldikdə, Əmir Teymurun belə bir sözü var. O deyirdi ki, insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı və daha aydın görməyimə vəsilə oldu. Mən dövlətimi və millətimi sevirəm. Nəinki 15 gün azadlığım, bütün həyatım Azərbaycana fəda olsun”, - deyə Müşfiq Abbasov əlavə edib.
Qeyd edək ki, Müşfiq Abbasov fevralın 23-də 15 sutkalıq həbs cəzası almışdı.
- Cərimənin məcburi tutulması qaydası dəyişdi
- Həbs olunmağım gözümü açdı - Müşfiq Abbasov
- Nazir bu xanıma yüksək vəzifə verdi
- “City Garden Narimanov”dan faizsiz kreditlə 59,65 - 169,74 kv.m arası təkliflər
- Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto
- "Elmin" şadlıq sarayı fəaliyyətini dayandırdı - Video
- "Dövlət işçisi" adı ilə vətəndaşları aldadan qadın... - Foto