Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...

19:46 - 6 Mart 2026 - GÜNDƏM

 Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının on yeddinci günüdür.

BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:40-da, iftar vaxtı isə 18:53-dədir.

İmsak duası:

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda müğənni faciəvi şəkildə öldü

Tərcüməsi: "İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol