İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum keçirilib.
Forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.
Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. "AzerGold" QSC qızıl və gümüşün beynəlxalq bazarlara ixracatı sahəsində verdiyi töhfələrə görə "Dövlət sektoru üzrə fəal ixracatçı" nominasiyası üzrə mükafata layiq görülüb.
Mükafatı Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "AzerGold"un İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyevə təqdim edib.
"AzerGold" cari ilin əvvəlində qeyri-neft-qaz sektoru üzrə dövlətə məxsus ixracatçı subyektlərin reytinqində birinci pillədə qərarlaşıb.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...