“Bağırov” körpüsündə qəza: yük yola dağıldı - Video

18:02 - 6 Mart 2026 - GÜNDƏM

 “Bağırov” körpüsündə qəza: yük yola dağıldı - Video

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BUTA.TV-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hərəkət zamanı yük avtomobilinin üzərində olan yükün bir hissəsi yola aşıb. Nəqliyyatın hərəkətində yaranan çətinliyin qısa müddətdə həll edilməsi və yükün yoldan götürülməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, Qanuna əsasən, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda müğənni faciəvi şəkildə öldü

Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır",- məlumatda qeyd edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol