Salyanda maşın obyektə çırpıldı, sonra yandı

11:50 - 6 Mart 2026 - GÜNDƏM

 Salyanda maşın obyektə çırpıldı, sonra yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus “Şevrolet Kobalt” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

BUTA.TV xəbər verir ki, məlumatı FHN yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtomobilin idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kv.m. olan, fəaliyyət göstərməyən obyektə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Dünya mediası Əliyevin bu çıxışından yazır

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu, mühərriki və obyektin dam örtüyü 10 kv.m. sahədə yanıb.

Avtomobilin və obyektin qalan hissəsi yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol