Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

13:03 - 5 Mart 2026 - CƏMİYYƏT

 Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.

Bu barədə BUTA.TV-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:

“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.

Xatırladaq ki, bu gün İran PUA-ları Naxçıvan aeroportuna hücum edib. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəbin yaxınlığına düşüb. Nəticədə hava limanı terminalına ziyan dəyib, iki nəfər xəsarət alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol