Bəzi istiqamətlər üzrə aviabiletlər 20 faizə qədər bahalaşıb.
BUTA.TV "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, regionda baş verən hadisələr fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir.
Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir.
Onun sözlərinə görə, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu, 1200-1500 manat arasında dəyişir.
Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir. Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər.
Mütəxəssislər hesab edirlər ki, bölgədə sabitlik bərpa olunarsa, aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər.
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?