DİN-in Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edib.
BUTA.TV idarəyə istinadən xəbər verir ki, müraciətdə moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti nəzərə almaları və qanunvericiliyin tələblərinə riayət etmələrinin təmin olunması məqsədilə normativ-hüquqi bazada müvafiq dəyişikliklər edildiyi bildirilib.
Qeyd olunub ki, dəyişikliyə əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq:
"Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur.
Bildiririk ki, bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir.
Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur".
- İlqar Hacıyevə hökm oxundu
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- İran ABŞ hərbi gəmisini belə vurdu - Video
- Bakıda qanunsuz tikili söküldü - Video
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı