Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təxirə salınıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, tədbirin martın 5-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, qərar sonradan bir sıra səbəblərdən ləğv edilib.
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu açıqlamasında martın 5-də keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salındığını təsdiq edib.
Qurum rəsmisi bunun səbəbini Komitə sədri Bahar Muradovanın xaricə səfərləri, o cümlədən bir sıra mühüm qonaqların planları ilə əlaqələndirib. O, tədbirin başqa bir tarixdə keçiriləcəyini istisna etməyib.
Əldə edilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkcə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri yox, nəzərdə tutulan digər rəsmi tədbirləri də ixtisara düşüb.
Qeyd edək ki, bundan öncəki illərdə Komitənin sözügedən tədbiri 5-6 mart tarixlərində keçirilib.
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto
- Otelin ofisiantlarının ölümü: hökm oxundu
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir