Fevralın 27-si saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
BUTA.TV xəbər verir ki, namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq, elektron qeydiyyatdan keçə bilərlər.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.
- Bütün bu ağır sınaqlara baxmayaraq... - Kamal Abdulla
- Artıq yollarda vaxtı süni intellekt hesablayacaq - Video
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Prezidentin səhifəsində Xocalı Memorialının açılışı...
- Universitetlərdə dərs vaxtları qısaldılır?
- Dövlət Komitəsində soyqırımın ildönümü ilə bağlı tədbir keçirildi
- Azərbaycan xalqının əyilməz ruhunu görürük - Prezident
- Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı...