Pul tələb edən “telekanal” əməkdaşı saxlanıldı - Foto

16:04 - 25 Fevral 2026 - GÜNDƏM

 Pul tələb edən “telekanal” əməkdaşı saxlanıldı - Foto

Lənkəranda özünü televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb etməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla sözügedən şəxsin müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirdiyi, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb etdiyi məlum olub.

Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Bu məhsullar kəskin bahalaşdı - Siyahı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol