5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti, 111 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən “Danışıq klubu”nun rəhbəri Gülbəniz Şahbazova Su çərşənbəsi münasibətilə şagirdlərlə birgə videorolik hazırlayıb.
BUTA.TV xəbər verir ki, tədbir çərçivəsində məktəbin 2ç sinif şagirdləri Su çərşənbəsinin adət-ənənələri, xalq inancları və bu günün Novruz bayramına aparan yoldakı əhəmiyyəti barədə məlumatlar səsləndiriblər. Şagirdlər milli geyimlərdə çıxış edərək suyun saflıq və yenilənmə rəmzi olduğunu vurğulayıblar, bayram əhval-ruhiyyəsini əks etdirən səhnəciklər nümayiş etdiriblər.
Hazırlanan videorolikin məqsədi şagirdlərə milli-mənəvi dəyərləri aşılamaq, Novruz ənənələrini daha yaxından tanıtmaq və onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub. Video sosial şəbəkələrdə paylaşılaraq geniş auditoriyaya təqdim edilib.
Qeyd edək ki, 2ç sinfinin sinif rəhbəri Sevda Cavadovadır.
- Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu