DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar

15:38 - 23 Fevral 2026 - GÜNDƏM

 DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.

BUTA.TV xəbər verir ki, səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.

Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:

1. Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Bu xəbər hal-hazırda çox oxunur
İranlı nazir Bakıya gəldi

2. Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki

3. Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki

4. Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi

5. İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

6. Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri

7. İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol