Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb.
BUTA.TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur.
Hesabat dövründə 142 milyon 860,1 min sərnişin avtobusdan istifadə edib. Bu, 2025-ci il ilə müqayisədə 10 milyon 582,2 min nəfər və ya 8 % çoxdur.
Yanvarda minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 294,1 min nəfər və ya 5 % artaraq 6 milyon 176 min nəfər olub.
Sərnişinlərin 95,9 %-i avtobus, 4,1 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
Qeyd edək ki, 2026-ci ilin ilk ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 59 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə daşınıb.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto