AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya

17:56 - 23 Fevral 2026 - GÜNDƏM

 AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya

Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA-nın Regional bölmələri, Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olduğu əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparıb.

AQTA məsələ ilə bağlı quş cəsədlərindən nümunələr götürərək laborator müayinələrə cəlb edib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
İranlı nazir Bakıya gəldi

Bununla yanaşı, Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib, nəticələr yaxın zamanda açıqlanacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol