Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...

21:32 - 24 Fevral 2026 - GÜNDƏM

 Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...

Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar, iynələr, sistemlər hamısı ev şəraitində aparılır. Çünki xəstəxanada qala bilmədim, darıxdım.

Bu sözləri BUTA.TV-a açıqlamasında xalq artisti, tanınmış aktyor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib.

“Xəstəliklərimdən biri nəfəslə, bronxlarımla bağlıdır. Həmçinin əl-ayağımda titrəmələr başlayıb. Sağ tərəfimdə parkinson əlamətləri var. Çətin hərəkət edirəm. Streslə bağlı psixoloji çətinlik çəkirəm.

Üç gündür parkinson xəstəliyinə qarşı müalicəyə başlamışam. Əl-ayağımda keyimələr, əsmələr hələ keçməyib. Deyirlər ki, 5-10 gün dərman qəbul edim, keçəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

İndi yazı-pozularımı sol əlimlə edirəm. Sağ əlim yaxşı işləmir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol