Bu məhsullar kəskin bahalaşdı - Siyahı

22:36 - 24 Fevral 2026 - GÜNDƏM

 Bu məhsullar kəskin bahalaşdı - Siyahı

Fevral ayında pensiyaların indeksləşdirilərək, 9,3% artımla verilməsinin dərhal ardından ərzaq mağazalarında bahalaşma müşahidə edildiyi barədə məlumat verilmişdi.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bahalaşma artıq çörək və digər qida məhsullarında da özünü göstərir.

Standart zavod çörəyi hazırda 65 qəpik dəyərini qorusa da, digər təklif olunan bir çox çeşiddə qiymət artımı müşahidə olunur.

Hazırda qeydə aldığımız artımlardan bəziləri bunlardır:

Bu xəbər hal-hazırda çox oxunur
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

1. Ev yuxası N1 - 1.30 manat (1,20 manat idi)

2. Yoğurt (şokoladlı) - 2,65 manat (2,54 manat idi)

3. Holland pendiri (cizb) - 4.75 manat (4,50 manat idi)

4. Möcüzə (qarğıdalı) yağı - 7.35 (ötən ay 5,90 manat idi)

5. Qənd (tək, sarma) - 2.05 manat (1,93 manat idi)

6. N1 Kəpəkli çörək - 1,15 manat (1 manat idi) və s.

Bahalaşma eyni zamanda meyvə-tərəvəzdə də özünü göstərir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol