Ağdamda ilk bayram tonqalı qalandı - Foto

22:26 - 24 Fevral 2026 - GÜNDƏM

 Ağdamda ilk bayram tonqalı qalandı - Foto

Ağdam şəhərində Su çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb.

BUTA.TV xəbər verir ki, tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhvali-ruhiyyəsini bölüşüblər. Uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb. Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol