“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan “Araz” supermarketlər şəbəkəsi korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələr həyata keçirməyə davam edir.
BUTA.TV xəbər verir ki, bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyası və İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun əsas məqsədi aztəminatlı şəxsləri dəstəkləmək, əhalinin məşğulluq imkanlarının artırılmasına töhfə vermək və əmək bazarına peşəkar kadrlar hazırlamaqdır.
Əməkdaşlıq çərçivəsində peşə təlimi keçmiş aztəminatlı şəxslər, eyni zamanda, internat məzunları üçün təcrübə proqramlarının təşkil olunması, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və daimi işlə təmin olunması nəzərdə tutulur.
Layihə çərçivəsində əldə olunacaq praktiki nəticələrin sosial həssas qrupların peşə bacarıqlarının artırılmasına, onların əmək bazarında dayanıqlı mövqe qazanmasına real töhfə verəcəyi gözlənilir. “Araz” bundan sonra da korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyət üçün uzunmüddətli və dəyər yaradan təşəbbüsləri davam etdirməyi hədəfləyir.
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...