Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib. Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
- Əli Əsədov yeni qərar imzaladı
- Su sayğacları dəyişdirilir - Rəsmi
- Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto
- Sabah Bakıda bu yollar bağlı olacaq
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir
- Yevlaxda kafedə partlayış: ölən var