Baş nazirdən daha bir mühüm qərar

12:30 - 25 Fevral 2026 - GÜNDƏM

 Baş nazirdən daha bir mühüm qərar

Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir.

Qərarla bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycanın Xarici Kəşfiyyat Xidməti tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə ediləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Pensiya alanlara şad xəbər: Mart ayında...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol